0
Thursday 29 July 2021 - 09:56

ABŞ-da zavodda kimyəvi maddənin sızması nəticəsində xəsarət alanların sayı artıb

Story Code : 945706
ABŞ-da zavodda kimyəvi maddənin sızması nəticəsində xəsarət alanların sayı artıb
APA TASS-a istinadən xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlərin hər ikisi zavodun podratçılarıdır. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan biri yanıq xəsarəti alıb, digərlərində isə tənəffüs yollarında ağırlaşmalar var.

“LyondellBasell” şirkəti bundan əvvəl 4 nəfərin xəsarət aldığını bildirmişdi. Qeyd edilir ki, La-Port şəhərində yerləşən müəssisədə etan turşusu sızması baş verib. Zəhərli maddə aradan qaldırılıb. Havadan nümunələr götürülüb və yerli sakinlər üçün heç bir təhlükənin olmadığı iddia edilib.