0
Thursday 29 July 2021 - 10:17

İran Parlamentinin sədri Suriya prezidenti Bəşər Əsədlə görüşüb

Story Code : 945710
İran Parlamentinin sədri Suriya prezidenti Bəşər Əsədlə görüşüb
SalamNews SANA-a istinadla xəbər verir ki, Məhəmməd Baqir Qalibaf və Bəşər Əsəd bu görüşdə qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə ediblər.

İranı Suriyanın əsas şəriki adlandıran Bəşər Əsəd bildirib ki, iki ölkə arasında əməkdaşlıq ölkədə terrorun tam şəkildə məhv edilməsi və ölkə ərazilərinin tam şəkildə azad edilməsinə qədər davam edəcək.

Bəşər Əsəd iki ölkəyə qarşı iqtisadi müharibənin aparıldığını bildirib və sanksiyaların zərərsizləşdirilməsi üçün əməkdaşlığın dərinləşməsinin zəruri olduğunu deyib.

Qeyd edək ki, İran tərəfi bu səfərdən məqsəd qarşılıqlı iqtisadi əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi yollarının müzakirə edilməsi olduğunu bildirib.