QR CodeQR Code

İran Parlamentinin sədri Suriya prezidenti Bəşər Əsədlə görüşüb

29 Jul 2021 10:17

İslamTimes: İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Suriyaya səfəri çərçivəsində Bəşər Əsədlə görüşüb.


SalamNews SANA-a istinadla xəbər verir ki, Məhəmməd Baqir Qalibaf və Bəşər Əsəd bu görüşdə qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə ediblər.

İranı Suriyanın əsas şəriki adlandıran Bəşər Əsəd bildirib ki, iki ölkə arasında əməkdaşlıq ölkədə terrorun tam şəkildə məhv edilməsi və ölkə ərazilərinin tam şəkildə azad edilməsinə qədər davam edəcək.

Bəşər Əsəd iki ölkəyə qarşı iqtisadi müharibənin aparıldığını bildirib və sanksiyaların zərərsizləşdirilməsi üçün əməkdaşlığın dərinləşməsinin zəruri olduğunu deyib.

Qeyd edək ki, İran tərəfi bu səfərdən məqsəd qarşılıqlı iqtisadi əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi yollarının müzakirə edilməsi olduğunu bildirib.


Story Code: 945710

News Link :
https://www.islamtimes.org/az/news/945710/iran-parlamentinin-sədri-suriya-prezidenti-bəşər-əsədlə-görüşüb

Islam Times
  https://www.islamtimes.org