QR CodeQR Code

Pakistanlı diplomatın qızının qətli ABŞ və Kanadada etirazla qarşılanıb

31 Jul 2021 08:33

İslamTimes: İslamabadda pakistanlı yüksək səviyyəli diplomatın qızının cəsədi tapılıb.


APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

27 yaşlı Nur Mukadamın qətlində onun dostu, ABŞ vətəndaşı və Pakistanın ən varlı ailələrindən birinin üzvü Zahir Caffer ittiham olunur.

Araşdırmalara görə, Z.Caffer qızı evinə aparıb, iki gün orada saxlayıb, sonra isə onunla qəddarcasına rəftar edib.

Xəbərdə deyilir ki, Pakistanın Cənubi Koreyadakı keçmiş səfirinin qızının ölümü ictimai narazılığa səbəb olub və vətənində, eləcə də ABŞ və Kanadada etirazlarla qarşılanıb.


Story Code: 946003

News Link :
https://www.islamtimes.org/az/news/946003/pakistanlı-diplomatın-qızının-qətli-abş-və-kanadada-etirazla-qarşılanıb

Islam Times
  https://www.islamtimes.org