QR CodeQR Code

SON DƏQİQƏ: Azərbaycanda benzinin qiyməti qalxdı

31 Jul 2021 11:07

İslamTimes: “Aİ-95” premium markalı benzinin Azərbaycana idxal qiymətinin artması ilə əlaqədar olaraq bu gün səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində 1,40 manata satılan benzin 1,45 manata satılmağa başlanılıb.


Bunu “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, buna səbəb bu marka benzinin istehsalçı ölkədə bahalaşmasıdır.

Qeyd edək ki, Azərbaycan “Aİ-95” premium markalı benzini əsasən Rumıniyadan idxal edir: “Digər yanacaqlar markalarının satışı köhnə qiymətlərlə davam etdirilir”.

Xatırladaq ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1,40 manat olmuşdu. /Report/


Story Code: 946045

News Link :
https://www.islamtimes.org/az/news/946045/son-dəqiqə-azərbaycanda-benzinin-qiyməti-qalxdı

Islam Times
  https://www.islamtimes.org