QR CodeQR Code

Bayden yenə hədələdi

31 Jul 2021 12:28

İslamTimes: Bayden Kuba hakimiyyətinə qarşı yeni sanksiyaların tətbiqinə söz verib


ABŞ prezidenti Cozef Bayden rəsmi Vaşinqtonun dövlət əleyhinə çıxışların iştirakçılarına qarşı hərəkətlərinə görə Kuba hakimiyyəti ilə bağlı sanksiyaları genişləndirəcəyini istisna etməyib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Əgər Kubada hansısa radikal dəyişikliklər olmasa, onlar (sanksiyalar - red) daha çox olacaq”, - Ağ Ev rəhbəri ABŞ-da Kuba diasporunun nümayəndələri ilə görüşdə Birləşmiş Ştatların Havanaya qarşı sanksiyalar rejiminin sərtləşdirilməsi barədə suala cavabında deyib.

Dövlət başçısı bununla yanaşı qeyd edib ki, Kubada radikal dəyişikliklərin baş verəcəyini gözləmir.

Bayden iddia edib ki, onun administrasiyası “rejimin vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslər” barəsində sanksiyalar tətbiq etməyə davam etmək niyyətindədir.


Story Code: 946066

News Link :
https://www.islamtimes.org/az/news/946066/bayden-yenə-hədələdi

Islam Times
  https://www.islamtimes.org