0
Saturday 31 July 2021 - 15:00

İşğalçı İsrail İranı günahlandırdı

Story Code : 946082
İşğalçı İsrail İranı günahlandırdı
SalamNews İsrail mətbuatına istinadla xəbər verir ki, xarici işlər naziri Yair Lapid bunu britaniyalı həmkarı ilə telefon danışığında deyib.

Y.Lapid iddia edib ki, “İranın rəftarı beynəlxalq dəniz nəqliyyatını təhdid edir.”

Qeyd edək ki, işğalçı İsrailin xarici işlər naziri bu iddiasına heç bir sübut gətirməyib. İran tərəfi də buna rəsmən mövqe bildirməyib.

Xatırladaq ki, iki gün öncə Oman dənizində işğalçı İsrail şirkətinə aid gəmiyə hücum nəticəsində biri britaniyalı və biri rumuniyalı olmaqla iki nəfər ölüb. Məlumata görə gəmi israilli iş adamı Eyal Oferin rəhbərlik etdiyi şirkətə məxsusdur.