0
Saturday 31 July 2021 - 15:45

Ali Dini Lider əfv sərəncamı imzaladı

Story Code : 946092
Ali Dini Lider əfv sərəncamı imzaladı
Qurban və Qədir-Xum bayramları münasibətilə İslam İnqilabı Rəhbəri Ali Dini Lider Seyyid Əli Xamenei müxtəlif cinayətlər səbəbindən həbs edilmiş 2825 məhkumun əfv edilməsi ilə bağlı göstəriş verib.

Ali Məhkəmə Sisteminin sədri Höccətül-İslam və Müslimin Möhsin Ejei, İslam İnqilabı Rəhbərinə yazdığı məktubda, qeyd olunan məhkumların əfv edilməsi və cəzalarının yüngülləşdirilməsi ilə bağlı müraciət etmişdi.