QR CodeQR Code

Afrika ölkələri sionist rejimin Afrika Birliyindən çıxarılması haqqında razılaşdı

31 Jul 2021 16:09

İslamTimes: Afrika ölkələri Fələstinə dəstək məqsədi ilə sionist rejimin Afrika Birliyindən çıxarılması barədə razılığa gəlib.


Əlcəzair xəbər agentlikləri məlumat yayıb ki, Əlcəzair və digər 13 ölkə sionist rejimin Afrika Birliyindəki müşahidəçilik vəzifəsindən çıxarılması barədə razılığa gəlib.

Bu barədə Əl-Vaqe kanalı məlumat yayıb. Əlcəzair Afrika Birliyinin prinsiplərini qorumaq məqsədi ilə Fələstini dəstəkləmək üçün Sionist rejimin Afrika Birliyinə qəbul edilməsinin qarşısını almaq üçün bir qrup yaradıb.

Bu barədə kanal daha sonra bildirib ki, uyğun qrupa Cənubi Afrika, Tunis, Eritreya, Seneqal, Tanzaniya, Niger, Komor, Qabon, Nigeriya, Zimbabve, Liberiya, Mali, Seyşel Adaları daxildir.


Story Code: 946102

News Link :
https://www.islamtimes.org/az/news/946102/afrika-ölkələri-sionist-rejimin-birliyindən-çıxarılması-haqqında-razılaşdı

Islam Times
  https://www.islamtimes.org