0
Sunday 1 August 2021 - 03:42

İran Türkiyəyə saniyədə 4 ton su vuran İLLUSİON-76 təyyarəsi göndərir

Story Code : 946188
İran Türkiyəyə saniyədə 4 ton su vuran İLLUSİON-76 təyyarəsi göndərir
SalamNews xəbər verir ki, "Sözcü" qəzetinin müxbiri Saygı Öztürkün iranlı səlahiyyətlilərə istinadən verdiyi xəbərə görə, 10 saniyədə 40 ton su ata bilən "ILLUSION-76" təyyarəsi bu gün Dalaman Hava Limanına enəcək.

İranın göndərdiyi təyyarənin ölkədə də yanğın söndürmə məqsədləri üçün də istifadə edildiyi qeyd edilir.

İranlı səlahiyyətlilər açıqlamalarında "dost və qardaş Türkiyəni dəstəkləmək üçün təyyarə və helikopter göndərdiklərini" bildirib.