0
Sunday 1 August 2021 - 03:51

Fransada nümayişdə 3 polis yaralanıb, 19 etirazçı həbs edilib

Story Code : 946189
Fransada nümayişdə 3 polis yaralanıb, 19 etirazçı həbs edilib
APA xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanen “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, onlardan 10-u Parisdə, 9-u isə digər bölgələrdə saxlanılıb.

Polisə və jandarma əməkdaşlarına fədakar xidmətlərinə görə minnətdarlığını ifadə edən Darmanen nümayiş zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olduğunu vurğulayıb. Qeyd edib ki, qarşıdurma zamanı 3 polis əməkdaşı yaralanıb.

Polisin məlumatına görə, Parisdə 14,2 min nəfər, ölkənin digər bölgələrində isə ümumilikdə 204 min nəfər iştirak edib.