0
Sunday 1 August 2021 - 02:44

ABŞ-da yoluxma sayı kəskin arta bilər

Story Code : 946190
ABŞ-da yoluxma sayı kəskin arta bilər
“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mütəxəssislərin proqnozlarına istinadən məlumat yayıb.

Nəşr bildirib ki, ABŞ-da son bir həftə ərzində hər gün orta hesabla 70 mindən çox yeni yoluxma aşkarlanıb. Eyni zamanda, ölkədə koronavirusa yoluxma nəticəsində xəstəxanaya yerləşdirilənlərin sayı orta hesabla 40%, virusdan ölənlərin sayı isə demək olar ki, 30% artıb.

“Vəziyyət getdikcə pisləşir və ABŞ-da koronavirusun yayılma sürəti ən azından indiyə qədər səngiməyib. Yoluxmanın artmasına əsas səbəb “Delta” ştammıdır. Yoluxan on nəfərin 8-də bu ştamm aşkarlanır”.