QR CodeQR Code

İtaliyada da meşə yanğınları başladı

1 Aug 2021 03:58

İslamTimes: İtaliyanın cənub bölgələrində, xüsusilə Siciliya adasında meşə yanğınları güclənib.


Axar.az xəbər verir ki, bu barədə İtaliyanın Yanğınsöndürmə Departamenti məlumat yayıb.

Məlumatda Siciliyada 250, Puglia və Kalabriyada 130, Latsioda 90, Kampaniya bölgəsində isə 70-dən çox yanğın ocağının olduğu qeyd olunub.

Yanğınların güclü küləyin təsiri ilə daha da geniş vüsət aldığı bildirilib.

Yanğınsöndürmə briqadalarının, xüsusən Siciliyanın iki ən böyük şəhəri Palermo və Kataniya yaxınlığında yanğınları söndürmək üçün fasiləsiz çalışdıqları vurğulanıb.


Story Code: 946191

News Link :
https://www.islamtimes.org/az/news/946191/italiyada-da-meşə-yanğınları-başladı

Islam Times
  https://www.islamtimes.org