QR CodeQR Code

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

1 Aug 2021 09:43

İslamTimes: Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.


Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Story Code: 946206

News Link :
https://www.islamtimes.org/az/news/946206/müdafiə-nazirliyi-naxçıvan-istiqamətində-mövqelərimiz-atəşə-tutulub

Islam Times
  https://www.islamtimes.org