QR CodeQR Code

Avropa İttifaqı “Taliban”a şərt qoydu

1 Aug 2021 09:05

İslamTimes: “Əgər “Taliban” terror qruplaşması hakimiyyəti silah yolu ilə (zor gücü ilə) ələ keçirsə Avropa İttifaqı Əfqanıstanın bu hökumətini tanımayacaq”.


Publika.az əbər verir ki, bunu qurumun bölgə üzrə xüsusi nümayəndəsi Tomas Niklasson Əfqanıstan telekanalı “Ariana News”a verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, hadisələr bu cür inkişaf edərsə, Avropa İttifaqı Əfqanıstana yardım göstərməyi dayandıracaq

“Bu ölkənin təcrid olunmasına səbəb ola bilər. Avropa İttifaqı mövcud vəziyyətdən narahatdır. Tərəflər, davam edən münaqişəyə son qoymaq üçün mehriban münasibət göstərməlidirlər”.

 


Story Code: 946212

News Link :
https://www.islamtimes.org/az/news/946212/avropa-ittifaqı-taliban-a-şərt-qoydu

Islam Times
  https://www.islamtimes.org