0
Sunday 1 August 2021 - 20:26

İran qardaş Türkiyəni çətin gündə tək qoymayacağını bildirib

Story Code : 946277
İran qardaş Türkiyəni çətin gündə tək qoymayacağını bildirib
İran İslam Respublikasının Ankaradakı səfiri Məhəmməd Fərazmənd Türkiyənin cənub əyalətlərində meşələrdə baş verən yanğından sonra ötən gün Twitter-də yazıb ki, İran Müdafiə Nazirliyinin 30 ton su daşıma özəlliyinə malik yanğınsöndürmə təyyarəsi Türkiyənin cənubunda yanğın söndürmə əməliyyatına qatılıb.

O əlavə edib: "Sabahdan etibarən bu xilasetmə əməliyyatında İran Müdafiə Nazirliyinin yanğınsöndürmə vertolyotları da iştirak edəcək."

İranın Türkiyədəki səfiri qonşuların çətin günlərdə bir-birini tək qoymayacağını söyləyib.