0
Sunday 1 August 2021 - 20:37

"Hizbullahın nöqtəvuran raketləri savaşın taleyini təyin edəcək"

Story Code : 946279
"Hizbullahın nöqtəvuran raketləri savaşın taleyini təyin edəcək"
"Maariv" qəzetinin hərbi məsələlər üzrə analitiki Tal-Liv Ram Livan Hizbullahının raket sənayesinin gücündən söz açdığı bir məqalədə yazıb ki, Tel-Əvivin bütün səylərinə baxmayaraq, Hizbullahın bu zəmində inkişafı tam sürətlə davam edir.

Məqalədə bildirilir ki, Sionist rejimin Suriyadakı hərbi fəaliyyətləri, vaxtaşırı hücumları, Livandakı siyasi və iqtisadi böhran, eləcə də İrandakı iqtisadi problemlər Hizbullahın raket sənayesinin inkişafının qarşısını almağa yetərli olmayıb. Bu məsələ İsrailin siyasi və təhlükəsizlik məmurlarını çətin vəziyyətdə qoyub. Onlar növbəti illərdə bu təhlükə ilə necə mübarizə aparılacağına görə narahatdırlar.