0
Sunday 1 August 2021 - 23:42

Bayden İrana təzyiqi artırsa gərginlik də artacaq!

Story Code : 946306
Bayden İrana təzyiqi artırsa gərginlik də artacaq!
ABŞ Konqresinə bağlı Hill xəbər saytı yazıb ki, ABŞ Prezidenti Co Bayden administrasiyası Vyanada nüvə danışıqlarının dayandırıldığı bir zamanda çalışır ki, İran İslam Respublikasına təzyiqləri artırıb, Tehranı öhdəliklərinə dönməyə məcbur etsin.

Xəbərə görə, İslam Respublikasına təzyiqləri artırmaq üçün ABŞ İranın neft ixracatına qoyulan məhdudiyyətləri sərtləşdirməyi, həmçinin İranın raket və PUA sənayesi ilə bağlı proqramlarına yeni sanksiyalar tətbiq etməyi düşünür.

Araşdırmaçılar bildirir ki, ABŞ-ın İrana qarşı təzyiqləri artırması, nəinki İranı təslim etməyəcək, hətta durumu daha da ağırlaşdıracaq.