QR CodeQR Code

SON DƏQİQƏ: Türkiyə Avropa İttifaqından YARDIM İSTƏDİ

2 Aug 2021 10:31

İslamTimes: Türkiyə günlərdi davam edən meşə yanğınları ilə mübarizə məqsədilə Avropa İttifaqından (Aİ) yardım istəyib.


Publika.az "Son Dakika"ya istinadla xəbər verir ki, bu barədə Aİ Komissiyası açıqlama yayıb.

Qeyd edilib ki, Türkiyə Avropa İttifaqının Mülki Müdafiə Mexanizmini hərəkətə gətirib.

Aİ Komissiyası İspaniyadan 2, Xorvatiyadan isə 1 "Canadair" təyyarəsinin göndərilməsi üçün hərəkətə keçib.

Açıqlamada bu yanğınsöndürmə təyyarələrinin "rescEU" adlı Avropa mülki müdafiə aktivləri içində yer aldığı vurğulanıb.

"Aİ Fövqəladə Müdaxilə Koordinasiya Mərkəzi Türkiyə hakimiyyəti ilə müntəzəm təməsdadır", - məlumatda deyilir.


Story Code: 946373

News Link :
https://www.islamtimes.org/az/news/946373/son-dəqiqə-türkiyə-avropa-ittifaqından-yardim-istədi

Islam Times
  https://www.islamtimes.org