0
Monday 2 August 2021 - 10:31

SON DƏQİQƏ: Türkiyə Avropa İttifaqından YARDIM İSTƏDİ

Story Code : 946373
SON DƏQİQƏ: Türkiyə Avropa İttifaqından YARDIM İSTƏDİ
Publika.az "Son Dakika"ya istinadla xəbər verir ki, bu barədə Aİ Komissiyası açıqlama yayıb.

Qeyd edilib ki, Türkiyə Avropa İttifaqının Mülki Müdafiə Mexanizmini hərəkətə gətirib.

Aİ Komissiyası İspaniyadan 2, Xorvatiyadan isə 1 "Canadair" təyyarəsinin göndərilməsi üçün hərəkətə keçib.

Açıqlamada bu yanğınsöndürmə təyyarələrinin "rescEU" adlı Avropa mülki müdafiə aktivləri içində yer aldığı vurğulanıb.

"Aİ Fövqəladə Müdaxilə Koordinasiya Mərkəzi Türkiyə hakimiyyəti ilə müntəzəm təməsdadır", - məlumatda deyilir.