0
Friday 26 August 2011 - 05:08

DEVAMM - Beynəlxalq Qüds Günü münasibətilə müraciət

Story Code : 94641
Beynəlxalq Qüds Günü münasibətilə müraciət
Beynəlxalq Qüds Günü münasibətilə müraciət
Bağışlayan və mehriban Allahın adı ilə!

Mübarək Ramazan ayında İlahi ziyafətdə qonaq olan əziz və möhtərəm iman əhli!

Sizin hər birinizi bu mubarək Ramazan ayında salamlamaqdan şərəf duyub, ümidvarıq ki, Siz bu İlahi ziyafətdəki nemətlərdən bəhrələnmisiniz, mənəvi durumlarınızı daha da bərəkətləndirmisiniz.

Əziz və izzətli bacı və qardaşlar!

Qüds günündəyik!

Qüds günü - İslam günü deməkdir.

Belə ki, Qüds günü mahiyyət etibarilə həm üsulid-dinin iqrarı və həm də füruid-dinin realizəsi günüdür.

Qüds günü – hər bir müsəlmanın, islami kimliyə malik olan kəsin günü deməkdir.

Qüds günü – hər bir İlahi aşiqin sevgi dolu intizarda olması deməkdir.

Qüds günü – Qarabağ, Kəşmir, İraq, Əfqanıstan və digər islami yaraların dərdinin fərqinə varmaq deməkdir.

Əziz və ləyaqətli inanclılar!

Təbii ki, Vətənimizdə Qüds gününün ana xətti olaraq – “Qarabağı və Qüdsü unutma!” - müraciəti durur.

Bu il 26 avqust 2011-ci il tarixində mübarək Ramazan ayının sonuncu cüməsi – Qüds günüdür.

Allah hər birimizə Qüds gününü şərəflə yaşatmaqla mübarək Ramazan ayımızın nurani ovqatını bir qədər də vücudiləşdirməyimiz üçün gözəl fürsət nəsib edib.

Belə isə vücudumuzla bu günü yaşayaq və yaşadaq!

Allah amanında.

Dərin ehtiram və hörmətlə,
İçərişəhər “Cümə” məscidinin imam-camaatı, ilahiyyatçı-filosof
Hacı İlqar İbrahimoğlu
26 avqust 2011-ci il
Comment