İbrahim Rəisinin andiçmə mərasimində 73 ölkənin 115 nümayəndəsi iştirak edəcək
2 Aug 2021 15:50
İslamTimes: İranın 13 prezident seçkilərinin qalibi Seyid İbrahim Rəisinin andiçmə mərasimi 73 ölkənin 115 nümayəndəsi iştirak edəcək.
Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, İran Parlementinin Prezidiumun nümayəndəsi Nizamuddin Musəvi mətbuat konfransında bildirib ki, indiyə qədər müxtəlif ölkələrin 10 prezident və lideri mərasimə qatılmağa hazır olduqlarını deyiblər.
Musəvi qeyd edib ki, avqustun 5-i keçiriləcək andiçmə mərasiminə 20 parlament spikeri, 11 xarici işlər naziri, 10 müxtəlif səviyyəli nazir, 11 beynəlxalq və regional təşkilatın rəsmiləri və nümayəndələri Tehrana gəlməyə hazır olduqlarını bildiriblər. /Eastnews/
Story Code: 946416