QR CodeQR Code

Hindistanda İsrailin casusluq qalmaqalı ilə bağlı etirazlar başladı

إسلام تايمز , 2 Aug 2021 22:03

İslamTimes: Hindistanda əhali və millət vəkilləri İsrailin casus proqramı ilə bağlı araşdırma başladılmasını tələb edir


Bazar ertəsi Hindistan Parlamentində hakim partiyaya müxalif olan millət vəkilləri geniş etirazlara start verərək, işğalçı İsrail rejiminin NSO Group şirkətinin "Pegasus" casus proqramı haqda araşdırılma başladılmasını tələb edib.

Anadolu Xəbər Agentliyinin verdiyi məlumata görə, Müxalifət qrupları, NSO Group-un Pegasus casusluq proqramından istifadə edilərək, Hindistan Parlamentində hər iki (iqtidar və müxalifət) tərəfdən olan məmurların dinlənildiyi iddiası ilə əlaqədar araşdırma aparmağa çağırdı.

Qeyd edək ki, Hindistanın müxtəlif şəhərlərində minlərlə sadə vətəndaş da sionist rejimin bu qanunsuz addımına etiraz ediblər.


Story Code: 946458

News Link :
https://www.islamtimes.org/az/news/946458/hindistanda-israilin-casusluq-qalmaqalı-ilə-bağlı-etirazlar-başladı

Islam Times
  https://www.islamtimes.org