0
Monday 2 August 2021 - 22:55

Bağdad İran, Səudiyyə Ərəbistanı və Türkiyə ilə regional konfrans keçirməyə hazırlanır

Story Code : 946477
Bağdad İran, Səudiyyə Ərəbistanı və Türkiyə ilə regional konfrans keçirməyə hazırlanır
Bu barədə İraqın Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli nümayəndəsi xəbər verib.

İraq Baş naziri Mustafa əl-Kazimi İraqla əlaqəli siyasi, təhlükəsizlik və iqtisadi ölçülərin də müzakirə ediləcəyi, qonşu ölkələr və bölgədəki digər ölkələrin də qatılacağı bir konfrans keçirilməsini planlayır.

Bunun üçün Əl-Kaziminin ofisində konfransa hazırlıq məqsədilə bir komitə də yaradılıb.