QR CodeQR Code

Obamaların hər gəzintisi 10 milyon dollardır

XezerXeber , 26 Aug 2011 11:01

IslamTimes - Bahalı masajlar, ən son keyfiyyətli araqlar, beş ulduzlu otellər... First Lady Michelle Obama gəzintilərində 10 milyon dollar xərcləməklə ittiham olunur


Obamalar yay tətillərini keçirmək üçün Martha's Vineyara gediblər. Ailə istirahət məkanına iki təyyarəylə səfər ediblər. Obama başqa təyyarədə, digər ailə üzvləri isə ayrı təyyarədə uçublar.

Xəbərlərə görə bu Obama ailəsinin israflarının ən aşağısıdır.

Ağ Ev qaynaqlarının iddiasına görə, Michelle Obama, vergi mükəlləflərinin pullarıyla etdiyi gəzintilərdə bu il boyunca 10 milyon dollardan çox pul xərcləyib.

47 yaşlı iki uşaq anası Obama, beş ulduzlu otellərdə bahalı masajlar etdirməsi və ismarladığı içkilərlə, "qorxunc" və "istirahət xəstəsi" adlandırılıb.

"National Enquirer"in manşet yazısı olan xəbərdə, "Bu çox pis bir şeydir. Michelle, səlahiyyətlərindən istifadə edərək, vergilərimizlə gəzir, bədxərclik edir. Diqqət yetirilsə, il boyu az qala 10 milyon dollar xərcləyib", - deyə yazılır.

First Lady, il boyunca 42 gün istirahət edib. Bu tətillərdə İspaniyada 375,000 dollar xərclənib və Vail Coloradoda gecəsi 2000 dollar olan "Sebastian" oteldə xizək sürmək üçün 4 gün qalıb.

Daha sonra ailəlikcə istirahət etdikləri Martha's Vineyardda kirayəyə götürdükləri "Blue Heron"da bir həftə qalaraq 50,000 dollar xərcləyiblər.

Ağ Evdəki mənbənin verdiyi məlumatlar bununla məhdudlaşmır. "Xanım Obama, istirahətlərdə bahalı içkilərdən çox xoşlanar", - deyən qaynaq, ən bahalı martini, araq və şərabları istifadə etdiyini söyləyir.

Gəzintilərin hamısının Michelle Obamanın fikri olduğunu bildirən qaynaq, "Tamamilə istirahət xəstəsidir. Bir tətildən digərinə qaçır. Təbii ki, bu da vətəndaşın çiyininə yüklənir", - deyə bildirir.

Fərdi xərclərinin bir qisimini öz ciblərindən etsələr də, whitehousedossier.com, fərdi xərclərin cəm qarşısında heç bir şey ifadə etmədiyini yazır.

Məlumatlara görə, prezident Obamanın ailəsiylə birlikdə yeni bir tətilə çıxmaq qərarı, minlərlə işsiz və çətin dolanan amerikalı tərəfindən sərt reaksiya ilə qarşılanıb. Lakin əsl tənqidlər, bu tətilə eyni gün ərzində ayrı-ayrı təyyarələrlə getməq qərarının verilməsi olub.

Obamaların bədxərcliyinin prezident seçkilərində əleyhinə istifadə ediləcəyi söylənilir.


Story Code: 94656

News Link :
https://www.islamtimes.org/az/news/94656/obamaların-hər-gəzintisi-10-milyon-dollardır

Islam Times
  https://www.islamtimes.org