0
Tuesday 3 August 2021 - 13:16

Lindenin bu "zarafatı" təsdiqləyir ki... - Rus səfirliyi

Story Code : 946587
Lindenin bu "zarafatı" təsdiqləyir ki... - Rus səfirliyi
Bunun zarafat olduğunu nəzərə alsaq da, söhbətin məzmunu təəssüf ki, Stokholmun ölkəmizə qarşı qarşıdurma istiqamətindən yayınmağa meyilli olmadığına və ikitərəfli əməkdaşlığı yaxşılaşdırmaq yollarını axtarmadığına bizi inandırır.

Axar.az xəbər verir ki, bu sözlər Rusiyanın İsveçdəki səfirliyinin bu ölkənin XİN rəhbəri Ann Lindenin sözlərinə cavab olaraq yaydığı açıqlamada əks olunub.

"Nazir Moskva ilə Stokholm arasında mehriban qonşuluq münasibətləri qurmaq çağırışları əvəzinə, İsveç rəsmilərinin ölkəmizdə qadağan edilmiş ekstremist təşkilatı maliyyələşdirməyə və sistemli olmayan müxalifəti dəstəkləməyə hazır olduqlarını açıq şəkildə söyləyir", - səfirlikdən bildirilib.

Qeyd edək ki, A.Linde ölkəsinin ikitərəfli Rusiya-İsveç əməkdaşlığını inkişaf etdirmək yollarını axtarmadığını bəyan edib.