0
Tuesday 3 August 2021 - 15:58

Rusiya Estoniya diplomatik nümayəndəliyinin əməkdaşını ölkədən qovur

Story Code : 946624
Rusiya Estoniya diplomatik nümayəndəliyinin əməkdaşını ölkədən qovur
SalamNews-un RT-yə istinadən  verdiyi xəbərə görə, bu iyulun 15-də Estoniya Xarici İşlər Nazirliyi rus diplomatı ölkədən çıxarmasından sonra baş verib.

Moskva Tallini dayanmağa və həddindən artıq gərginləşən münasibətləri daha da mürəkkəbləşdirməməyə çağırıb.

Rusiya XİN xatırladıb ki, iyulun 7-də Estoniyanın Sankt-Peterburqdakı konsulu Mart Lyatte "casusluq əməliyyatı zamanı cinayət başında tutulduğu" üçün persona non-qrata elan edilmişdi.

"Estoniyaya bu epizod ətrafında vəziyyətin Tallin tərəfindən daha da gərginləşməsinin qaçılmaz cavab addımlarına səbəb olacağı barədə xəbərdarlıq edilmişdir", XİN-nin açıqlamasında deyilir.

Estoniyanın Rusiyadakı səfiri Marqus Laydre nazirliyə çağırılaraq ona kəskin şəkildə etiraz bildirilib və nota təqdim olunub.