0
Tuesday 3 August 2021 - 17:08

ABŞ-da "delta" ştamına görə lokdaun tətbiq edilməyəcək

Story Code : 946626
ABŞ-da "delta" ştamına görə lokdaun tətbiq edilməyəcək
SalamNews-un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

"Biz 2020 -ci ilin mart ayında olduğu kimi fəaliyyətin dayandırılmasına bir daha qayıtmayacağımızı açıq şəkildə bildirdik. İqtisadiyyatı bir daha dayandırmayacağıq. İqtisadi sahədə çox irəliləmişik", o deyib.

Onun sözlərin görə, ABŞ prezidenti Co Baydenin də daha əvvəl dediyi kimi, hökumət "elmi prinsiplərə və səhiyyə sahəsi üzrə mütəxəssislərinin tövsiyələrinə əsaslanacaq".