0
Friday 26 August 2011 - 12:15

Bakıda İsrail rejiminə etiraz aksiyası keçirilib

Story Code : 94667
Bakıda İsrail rejiminə etiraz aksiyası keçirilib
Bakıda İsrail rejiminə etiraz aksiyası keçirilib
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün bir qrup fəal dindar "Beynəlxalq Qüds günü" münasibətilə İsrail rejiminin Azərbaycandakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçirib. İsrail rejiminin yarandığı gündən olaraq zülm və terrorlarına etiraz edən dindarlar, bu etiraz aksiyası ilə dünya müsəlmanlarına həmrəyliklərini bildirmək və beynəlxalq terrora etiraz əlaməti olaraq etiraz ediblər.


Sayları 40-a yaxın olan aksiya iştirakçıları, “İsrail məhv olsun, Qarabağ azad olsun”, “İsrail məhv olsun, məhbuslar azad olsun” şüarları səsləndiriblər.


Polis aksiya iştirakçılarından 30-dan çoxunu polis bölməsinə aparıb. Həbs olunanlar içərisində qadınlar da var. Polis əməkdaşları Faktxeber.com-un müxbirlərini 27-ci polis bölməsinə apararaq lentə aldıqları kadrları pozublar. Bölməyə aparılanlardan yalnız FaktXeber.com-un əməkdaşları buraxılıb. Hazırda bütün həbs olunanlar 26 və 27-ci polis bölməsində saxlanılır.
Source : faktbexer
Comment