QR CodeQR Code

Bibi Heybət məscidinin qarşısında qüds aksiya keçirdi

faktbexer , 26 Aug 2011 12:20

İslamtimes - Aksiya insidentsiz sona çatıb.


AİP-in bir qrup üzvü Bibi Heybət məscidinin qarşısında aksiya keçirib
Bu gün Azərbaycan İslam Partiyasının üzvləri “Beynəlxalq Qüds günü”münasibəti ilə Bibi Heybət məscidinin qarşısında aksiya keçirib. Faktxeber.com-un verdiyi məlumata görə, aksiya hər il Ramazan ayının sonuncu cüməsində qeyd olunan Beynəlxalq Qüds Günü ilə əlaqədar keçirilib. Sayları 120-ə yaxın olan aksiya iştirakçıları “Allahu əkbər, “İsrailə ölüm”, “Qarabağa azadlıq”, “Ermənistana ölüm”, “Qüdsə azadlıq”, “Amerikaya ölüm” kimi şüarlar səsləndirilib.

Bundan əlavə, aksiya iştirakçıları Azərbaycan İslam Partiyasının qəbul etdiyi qətnaməni oxuyublar. Bibi Heybət məscidinin növbətçi polis əməkdaşları askiyanın qarşısını almaq istəmələrinə baxmayaraq, qətnamə sona kimi oxunub. Aksiya insidentsiz sona çatıb.


Story Code: 94670

News Link :
https://www.islamtimes.org/az/news/94670/bibi-heybət-məscidinin-qarşısında-qüds-aksiya-keçirdi

Islam Times
  https://www.islamtimes.org