QR CodeQR Code

ABŞ İranla danışıqları bərpa etmək istədiyini bildirdi

4 Aug 2021 08:29

İslamTimes: "ABŞ hələ də Vyana danışıqlarına qayıtmağa hazırdır, İran qərar verməlidir."


Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Birgə Hərtərəfli Fəaliyyət Planına qarşılıqlı qayıdış üçün dolayı danışıqları davam etdirmək üçün Vyanaya qayıtmağa hazırıq. Aydındır ki, İrandakı rəsmilər öz siyasi sistemləri daxilində hansı yolu seçmələri barədə qərar verməlidirlər", - Prays qeyd edib.


Story Code: 946735

News Link :
https://www.islamtimes.org/az/news/946735/abş-iranla-danışıqları-bərpa-etmək-istədiyini-bildirdi

Islam Times
  https://www.islamtimes.org