QR CodeQR Code

Milli Məclisin sədri İrana səfər edib - YENİLƏNİB

5 Aug 2021 12:37

İslamTimes: Bu gün Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Tehranın Mehrabad Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini İslam Şurası Məclisinin sədr müavini Mütəfəkkir Azad, Azərbaycanın bu ölkədəki səfiri Bünyad Hüseynov qarşılayıblar.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclisin sədrinin İranın bir sıra rəsmi şəxslərilə görüşləri də nəzərdə tutulub.


Story Code: 946872

News Link :
https://www.islamtimes.org/az/news/946872/milli-məclisin-sədri-irana-səfər-edib-yenilənib

Islam Times
  https://www.islamtimes.org