0
Thursday 5 August 2021 - 15:44

BMT Təhlükəsizlik Şurası Əfqanıstanla bağlı toplantı keçirir

Story Code : 946884
BMT Təhlükəsizlik Şurası Əfqanıstanla bağlı toplantı keçirir
SalamNews bu barədə BBC-ə istinadla məlumat verir.

Bildirilib ki, Əfqanıstan Hökuməti BMT-nin bu toplantısından ölkədə Talibanın hücumları ilə bağlı ciddi qərarların veriləcəyinə ümidvardır.

Qeyd edək ki, Taliban son 4 ayda, yəni əcnəbi qüvvələrin ölkədən çıxması fonunda yüzdən çox rayonu nəzarətə götürüb. Hərəkat hətta Əfqanıstanın qonşu ölkələrlə sərhədlərinin 80-90 faizini də nəzarətə götürə bilib. Hazırda ölkədə Leşkərgah və Hərat kimi şəhərlər də hərəkat silahlılarının şiddətli hücumlarına müqavimət göstərir.