İranla diplomatik əlaqələr həyati önəm kəsb edir
5 Aug 2021 22:39
İslamTimes: Sionist İsrail rejimi dəfələrlə Avropa Birliyinə səslənərək, İran prezidentinin inauqrasiya mərasiminə nümayəndə göndərilməməsini istəyib
Bu gün İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə məraimində iştirak edən yüksəkməqamlı rəsmilər arasında Avropa Birliyinin xarici əlaqələr üzrə yüksək nümayəndəsinin müavini, eyni zamanda Avropa İttifaqını İranla keçirilən Vyana danışıqlarında təmsil edən rəsmi Enrike Mura da olub. Enrike Muranın Cozef Barel tərəfindən bir nümayəndə olaraq İrana yollandığı qeyd edilir.
Sionist İsrail rejimi dəfələrlə Avropa Birliyinə səslənərək, İran prezidentinin inauqrasiya mərasiminə nümayəndə göndərilməməsini istəsə də, Avropa işğalçı İsrailin tələblərinə əhəmiyyət verməyib.
Bildirilir ki, xüsusi ilə İbrahim Rəisinin prezident olduğu dövrdə İranla əlaqələr Avropa üçün həyati önəm kəsb edir.
Story Code: 946939