0
Saturday 7 August 2021 - 09:11

ÜST: Uğurlarımız məhv edilir, dünya təhlükədədir!

Story Code : 947178
ÜST: Uğurlarımız məhv edilir, dünya təhlükədədir!
Axar.az xəbər verir ki, bu sözləri ÜST rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

“Peyvəndin rekord müddətdə hazırlanmasına görə böyük irəliləyiş əldə etdik. Amma indi dünya əsl təhlükə ilə üzləşib. Daha əvvəl əldə etdiyimiz uğurların bir çoxu məhv edilir”, - deyə ÜST rəhbəri bildirib.

O əlavə edib ki, insanların sosial məsafəyə diqqət etməməsi, səhiyyə sistemlərinin düzgün çalışmaması, peyvəndlərin bərabər paylanmaması səbəbindən koronavirusa yoluxmada artım qeydə alınmaqdadır.