0
Sunday 8 August 2021 - 08:31

Fransada sanitar pasportlara qarşı aksiyalarda 230 mindən çox insan iştirak edib

Story Code : 947345
Fransada sanitar pasportlara qarşı aksiyalarda 230 mindən çox insan iştirak edib
APA xəbər verir ki, bu barədə “BFMTV” ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Parisdə və Fransanın digər şəhərlərində keçirilən sanitar pasportlara qarşı keçirilən nümayişlərdə 237 min adam iştirak edib.

Paytaxtda təxminən 17 min insanın iştirak etdiyi genişmiqyaslı nümayiş sakit və çoxsaylı polis əməkdaşlarının nəzarəti altında keçib. Bu cür məhdudlaşdırıcı tədbir əleyhdarlarının yürüş marşrutunun son nöqtəsi Şatle meydanı olub.

Qeyd edək ki, iyulun 12-də Fransa prezidenti Emmanuel Makron COVID-19-un yayılmasının qarşısını almaq üçün bir sıra yeni məhdudlaşdırıcı tədbirlərə başlanılması barədə göstəriş verib. Barlarda, restoranlarda, uzun məsafəli qatarlarda və təyyarələrdə COVID-19-la bağlı peyvənd olunma və ya mənfi test nəticəsi göstərən sanitar pasportlardan istifadə təcrübəsi genişləndirilib.