QR CodeQR Code

Kaliforniyada meşə yanğınlarına görə 8 nəfər itkin düşüb

8 Aug 2021 09:33

İslamTimes: ABŞ-ın qərbində tüğyan edən meşə yanğınları ilə bağlı taleyi naməlum qalan azı 8 nəfər xilasedicilər tərəfindən axtarılır.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə Plumas dairəsinin şerifi açıqlamasında deyib.

“Bizə 8 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. Onlardan ən azı 5-i ştatda qeydə alınan “Dixie” yanğınının tamamilə məhv etdiyi Qrinvill şəhərinin sakinləridir. Kaliforniya Meşə və Yanğından Mühafizə İdarəsinin məlumatına görə, “Dixie” hazırda 180 min hektardan çox ərazini əhatə edir”, - deyə məlumatda qeyd olunub.

Kaliforniyada “Dixie”dən başqa daha 10 böyük yanğın qeydə alınıb. Yerli icra orqanlarının məlumatına görə, yanğınla mübarizədə 8500-ə yaxın yanğınsöndürən iştirak edir. 16 mindən çox insan təxliyə olunub, ölənlərlə bağlı hələlik məlumat yoxdur.


Story Code: 947346

News Link :
https://www.islamtimes.org/az/news/947346/kaliforniyada-meşə-yanğınlarına-görə-8-nəfər-itkin-düşüb

Islam Times
  https://www.islamtimes.org