0
Sunday 8 August 2021 - 18:31

"Blumberq": Ucuz qaz dövrü bitdi, bahalı enerji gəlir

Story Code : 947422
"Blumberq": Ucuz qaz dövrü bitdi, bahalı enerji gəlir
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

Agentliyin analitikləri bildirib ki, son 10 ildə elektrik enerjisinin hasilatı və evlərin isidilməsi üçün lazımi həcmdə təbii qaz çatışmayıb. Buna baxmayaraq, ABŞ-dan Avstraliyaya qaz ixracının artması fonunda belə qazın maya dəyəri çox aşağı idi.

Hesabatda deyilir ki, Avropada qaz tarifləri bu həftə rekord həddə çatıb.

“Eyni zamanda qaz tədarükünə qoyulan investisiyalar investorların və iqlimin qeydinə qalan hökumətlərin tələblərinə əsasən azalır. Görünən odur ki, bahalı enerji heç yerə gedən deyil”, - deyə analitiklər qeyd edib.