0
Sunday 8 August 2021 - 19:37

Britaniyanın Tehrandakı yeni səfirinin tviti: İrana qayıtmaq məni həyəcanlandırır

Story Code : 947426
Britaniyanın Tehrandakı yeni səfirinin tviti: İrana qayıtmaq məni həyəcanlandırır
Britaniyanın Tehrandakı yeni səfiri Saymon Şerklif bu gün Twitter sosial şəbəkəsində yazıb: “Tehran biz gəlirik. İrana qayıtmaq məni çox həyəcanlandırır. İran bənzərsiz tarix və mədəniyyətə malik olan bir ölkədir."

Hava limanında çəkilmiş fotolarını yayımlayan yeni səfir İran yeməklərindən söz açaraq, "çilo kabab" kimi ləziz xörəkləri sevdiyini bildirib.