QR CodeQR Code

Səudiyyə rejimi HƏMAS rəsmisini 15 illik həbsə məhkum etdi

Deyerler , 9 Aug 2021 16:17

İslamtimes - Səudiyyə rejiminin Cinayət Məhkəməsinin iki il əvvəl heç bir əsas olmadan həbs etdiyi HƏMAS rəsmisi, 83 yaşlı Məhəmməd Əl-Xudariyə 15 il həbs cəzası verdiyi bildirilir.



Səudiyyə rejimində fəaliyyət göstərən İordaniyalı Məhbuslar Komitəsinin rəhbəri Xıdır Məşayih 69 nəfərə 3 ildən 22 ilə qədər həbs cəzası verildiyini və bəzi müttəhimlərin bəraət aldığını bildirib.
 
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə başda olmaqla digər rəsmilər, əvvəlki açıqlamalarında, sözügedən fələstinlilərin HƏMAS hərəkatı ilə əlaqələrinə görə, Fələstin xalqının İsrail rejiminə qarşı qanuni mübarizəsini dəstəklədikləri üçün tutulduqlarını qeyd etmişdilər.
 
Səudiyyə rejiminin təhlükəsizlik qüvvələri Ciddə şəhərində yaşayan HƏMAS-ın idarəçisi Məhəmməd Əl-Xudarini 4 aprel 2019-cu ildə saxlamışdı.
 


Story Code: 947587

News Link :
https://www.islamtimes.org/az/news/947587/səudiyyə-rejimi-həmas-rəsmisini-15-illik-həbsə-məhkum-etdi

Islam Times
  https://www.islamtimes.org