0
Monday 9 August 2021 - 19:06

Rusiya radarları 30 casus təyyarə və PUA-nı təsbit etdi

Story Code : 947609
Rusiya radarları 30 casus təyyarə və PUA-nı təsbit etdi
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, bu ölkə radarları son bir həftə ərzində Rusiya sərhədlərində casusluqla məşğul olan 30-dan çox xarici ölkələrə məxsus təyyarə və PUA-nın izinə düşüb.

"Krasnaya Zvezda" qəzeti Rusiya Müdafiə Nazirliyinə istinadən yazıb ki, 33 xarici casus təyyarəsi və 11 kəşfiyyat pilotsuzunun hamısı Rusiya radarları tərəfindən nəzarət altında saxlanılıb və bütün fəaliyyətləri izlənilib.

Məlumata görə, Rusiya qırıcı təyyarələri ölkə sərhədlərinin pozulmasının qarşısını almaq üçün xarici təyyarələri müşayiət etmək üçün iki dəfə havaya qalxıb.