QR CodeQR Code

11 sentyabr hadisələri ilə bağlı gizli məlumatlar araşdırılacaq

10 Aug 2021 01:22

İslamTimes: ABŞ Ədliyyə Nazirliyi 11 sentyabr 2001-ci il hadisələri ilə bağlı əvvəllər hökumət tərəfindən gizli elan edilmiş sənədlərə yenidən baxış keçirəcək.


Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin yaydığı bəyanatda qeyd olunub.

ABŞ Prezidenti bildirib ki, onun adminstrasiyası qanun çərçivəsində maksimum şəffaflığı təmin edəcək.

Bayden prezident seçkilərində namizəd olduğu zaman bu mövzuda mümkün qədər çox məlumat açıqlayacağına söz vermişdi. Ancaq hələ də bu vədini yerinə yetirməyib.

Xatırladaq ki, 11 sentyabr 2001-ci ildə Əl-Qaidə terror qruplaşmasının 19 üzvü ABŞ-da 4 sərnişin təyyarəsini qaçıraraq onlardan ikisini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinə, digərini isə Pentaqonun binasına çırpdığı iddia edilir. Hücum nəticəsində 2977 nəfər həlak olub.

 


Story Code: 947672

News Link :
https://www.islamtimes.org/az/news/947672/11-sentyabr-hadisələri-ilə-bağlı-gizli-məlumatlar-araşdırılacaq

Islam Times
  https://www.islamtimes.org