0
Friday 26 August 2011 - 21:54

Gəncəlilərin Bəyanatı

Story Code : 94771
Gəncəlilərin Bəyanatı
Gəncəlilərin Bəyanatı
Islam times.org/az/ - Beynəlxalq Qüds günüdür Bu gün . Əgər müsəlmanlar dünya Qüds gününü anarsa , hər zaman Qüdsə və məscidi Əqsaya sahib çıxarsa, dünya xalqları bunun bir ərəb-İsrail məsələsi olmadığını, ümumiyyətlə bütün müsəlmanların problemi olduğunu biləcəklər .

Müsəlmanlar bir olmalı , dəyərlərinə sahib çıxmalıdır. Qüds günü vəhdət üçün bir simvol olmalıdır. Qüds müsəlmanların üç hərəmindən biridir. Hər bir müsəlman məscidi Əqsa və Qüds üçün maddi, mənəvi əlindən gələni etməlidir .

Qüds Peyğəmbərlər şəhəridir. Allahın Elçisinin (s) Mirac möcüzəsinin əhəmiyyətli nöqtəsidir. Belə bir müqəddəs bir mək
n siyonistlərin əsarətindədir. Bunun narahatlığı bütün müsəlmanlara aiddir.Siyonistlərə qarşı müsəlman olan və İslami məsuliyyət daşıyan hər kəs, məscidi Əqsanı sahiblənməli , bu məsələlərdə həssas olmalı və işğalçı qarşısında acizlik göstərməməlidir. Hər bir müsəlman özünü fələstinli bilməli, fələstinlilərin yanında olmalıdır.

Eyni ağrını hamımız çəkməliyik. Hər bir öldürülən fələstinli ilə bizlərdə öləcəyik, ağlayan gözlər bizim olacaq, axan qanlar bizim damarlarımızdan axacaq. İşğalçı İsrailin Qəzzəyə təcavüzü və Mavi Mərmərə humanitar karvanına basqını bütün dünyanı ayağa qaldırdı.

İsrail BMT səviyyəsində hərbi cinayətlərdə ittiham edildi. Beynəlxlaq ictimaiyyə
in sionizmin əsil sifətini görməsi ilə Qüds Günü beynəlxalq bir tədbirə çevrildi. Təcavüzkar İsrail rejimi, onun ABŞ və Qərb dövlətləri kimi müttəfiqləri bütün dünyada rüsvay oldular .

Təəssüf ki, müsəlman ölkələrinə qarşı BMT-nin ilk qətnaməsinə əməl olunduğu halda İsrailə qarşı qətnamələr yerdə qaldı və Tel-Əviv daha da azğınlaşdı. Bu ikili münasibət bir daha təsdiqlədi ki, əsil qurtuluş qətnamələr yox, müsəlmanların oyanışı və zülmə qarşı Qüds Günü kimi haraylardır.

Fələstin problemindən sonra dünyada uzun müddət həllini tapmamış başqa bir problem Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə bağlı BMT-nin təkcə 1993-cü ildə 4 qətnaməsi olsa da eynən Fələstinin azadlığı istiqamətində qətnamələr kimi yerinə yetirilməyib.

Müsəlman ölkələrini müxtəlif bəhanələrlə viran qoyan dünya imperializmi sionist yəhudi və daşnak ermənilərin cinayətlərinə göz yumur. Bu baxımdan Qüds Günü həm də Qarabağın azadlıq günüdür.Biz Gəncəlilər Qüds və Qarabağı işğal edən daşnak partiyasına dəstək verən İşğalçı Sionist İsrail rejiminin səfirliyini ölkəmizdə fəaliyyətini dayandırılmasını tələb edirik .
Reporter :
Source : islamtimes
Comment