0
Tuesday 10 August 2021 - 18:30

İraq, İran və Səudiyyə Ərəbistanı rəhbərləri arasında görüş təşkil etmək istəyir

Story Code : 947829
İraq, İran və Səudiyyə Ərəbistanı rəhbərləri arasında görüş təşkil etmək istəyir
Əl-Mayadin Şəbəkəsi xəbər verib ki, yaxın günlərdə İraqın təşkilatçılığı ilə Səudiyyə Ərəbistanı, İran, Türkiyə, BƏƏ, Qətər, Misir, İordaniya liderlərinin iştirakı ilə Bağdad Zirvəsi təşkil olunacaq. İraq bu Zirvə çərçivəsində Səudiyyə və İran liderləri arasında görüş təşkil etməyə çalışır.

Əl-Məyadin Şəbəkəsi əlavə edib: "İraq, hazırda bölgədəki problemlərin həlli məqsədilə məntəqə dövlətlərinin ortaq məxrəcə gələ bilməsi üçün Bağdad Zirvəsi təşkil etmək fikrinə düşüb. Zirvənin yaxın bir neçə həftə ərzində Bağdadda baş tutacağı ehtimal olunur. İraq, son aylarda Bağdadda İran və Səudiyyə nümayəndələri arasında bir neçə dəfə elan edilməmiş danışıqlardan sonra iki ölkə arasında qırılmış bağları bərpa etməyə və münasibələrdəki soyuqluğa son qoymaq niyyətindədir.