QR CodeQR Code

İraq, İran və Səudiyyə Ərəbistanı rəhbərləri arasında görüş təşkil etmək istəyir

إسلام تايمز , 10 Aug 2021 18:30

İslamTimes: İraq bölgədəki bəzi ölkə liderlərinin iştirakı planlaşdırılan Bağdad Zirvəsi çərçivəsində İran və Səudiyyə Ərəbistanı rəhbərlərini bir araya gətirməyə çalışır


Əl-Mayadin Şəbəkəsi xəbər verib ki, yaxın günlərdə İraqın təşkilatçılığı ilə Səudiyyə Ərəbistanı, İran, Türkiyə, BƏƏ, Qətər, Misir, İordaniya liderlərinin iştirakı ilə Bağdad Zirvəsi təşkil olunacaq. İraq bu Zirvə çərçivəsində Səudiyyə və İran liderləri arasında görüş təşkil etməyə çalışır.

Əl-Məyadin Şəbəkəsi əlavə edib: "İraq, hazırda bölgədəki problemlərin həlli məqsədilə məntəqə dövlətlərinin ortaq məxrəcə gələ bilməsi üçün Bağdad Zirvəsi təşkil etmək fikrinə düşüb. Zirvənin yaxın bir neçə həftə ərzində Bağdadda baş tutacağı ehtimal olunur. İraq, son aylarda Bağdadda İran və Səudiyyə nümayəndələri arasında bir neçə dəfə elan edilməmiş danışıqlardan sonra iki ölkə arasında qırılmış bağları bərpa etməyə və münasibələrdəki soyuqluğa son qoymaq niyyətindədir.


Story Code: 947829

News Link :
https://www.islamtimes.org/az/news/947829/iraq-iran-və-səudiyyə-ərəbistanı-rəhbərləri-arasında-görüş-təşkil-etmək-istəyir

Islam Times
  https://www.islamtimes.org