0
Wednesday 11 August 2021 - 09:38

Ağ Ev: Əfqanıstan hakimiyyəti “Taliban”ı dəf etmək üçün kifayət qədər gücə malikdir

Story Code : 947924
Ağ Ev: Əfqanıstan hakimiyyəti “Taliban”ı dəf etmək üçün kifayət qədər gücə malikdir
“Əfqanıstan hökumətinin radikal “Taliban” yaraqlılarının öhdəsindən gəlmək üçün kifayət qədər silahlı qüvvəsi var, bu, respublika hakimiyyətinin danışıqlarda üstünlük qazanmasına imkan verəcək”.

APA-nın məlumatına görə, bu sözləri Ağ Evin mətbuat katibi Jen Psaki mətbuat konfransında söyləyib.

O, Əfqanıstanda sabitliyin bərpasına, Milli Təhlükəsizlik Qüvvələrinin müqavimətini gücləndirəcək silahlara, gücə və təhsilə sahib olduğuna inandıqlarını ifadə edib.

Ağ Evin sözçüsü ABŞ-ın daha əvvəl respublikanın təhlükəsizlik qüvvələrinə əhəmiyyətli dəstək verdiyini və növbəti maliyyə ilində bu ehtiyaclar üçün təxminən 3,3 milyard dollar ayırmağa hazır olduğunu qeyd edib.

Psakinin sözlərinə görə, ABŞ Prezidenti Co Bayden “Taliban”ın Kabulu ələ keçirəcəyinə və ya Əfqanıstanda nəzarəti ələ keçirəcəyinə inanmır: "Prezident hələ də hesab edir ki, “Taliban” Kabulu və ya bütün ölkəni ələ keçirmək gücündə deyil. Əfqanıstan hakimiyyəti “Taliban”la mübarizə üçün siyasi iradə nümayiş etdirməlidir”.