QR CodeQR Code

"İslami Cihad" İsrail və ABŞ-a xəbərdarlıq etdi

11 Aug 2021 12:03

İslamTimes: Fələstinin "İslami Cihad" hərəkatı ABŞ MKİ rəhbərinin və digər təhlükəsizlik qüvvələri rəsmilərinin işğal altındakı Fələstin torpaqlarına səfərinə münasibət bildirib.


"İslami Cihad" hərəkatı bu barədə yaydığı açıqlamada vurğulayıb ki, ABŞ kəşfiyyat xidməti əməkdaşlarının səfəri İsrail rejiminin təhlükəsizliyini gücləndirməyə xidmət etsə də nəticəsi yaxşı olmayacaq.

"İsrail rejimi hər bir halda bizim hədəfimizdədir. Nəticəsi olmayan səfərlər və müzakirələr İsrail rejiminin daha da zəifləməsinə səbəb olacaq", - deyə açıqlamada diqqətə çatdırılıb.

Qeyd olunub ki, Fələstin xalqının İsrail rejiminə qarşı inqilabını heç kim məhdudlaşdıra bilməyəcək. /Eastnews/


Story Code: 947959

News Link :
https://www.islamtimes.org/az/news/947959/islami-cihad-israil-və-abş-a-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org