QR CodeQR Code

Taliban Əfqanıstan-İran sərhədinə çatdı

11 Aug 2021 12:46

İslamTimes: Taliban Fərah əyalətinin inzibati mərkəzini nəzarətə götürdüyünü bildirib.


SalamNews BBC.Farsi-ə istinadla xəbər verir ki, bu barədə Talibanın sözçüsü Zəbihulla Mücahid rəsmi tvitter səhifəsi vasitəsilə məlumat yayıb.

İddia edilib ki, Fərah əyalətinin inzibati mərkəzi Fərah şəhəri hərəkatın nəzarətinə keçib.

Hökumət mənbələri şəhərdə şiddətli döyüşlərin getdiyini bildirib, Talibanın iddiasını təsdiqləməyiblər.

Taliban silahlıları bundan öncə İranla sərhəddə yerləşən Nimruz əyalətinin mərkəzini də nəzarətə götürüblər.

Bununla da Əfqanıstanda Talibanın nəzarətində olan əyalət mərkəzlərinin sayı doqquza çatıb.


Story Code: 947987

News Link :
https://www.islamtimes.org/az/news/947987/taliban-əfqanıstan-iran-sərhədinə-çatdı

Islam Times
  https://www.islamtimes.org