0
Wednesday 11 August 2021 - 20:38

Kuomonun istefasından sonra növbəti hədəf Bayden oldu!

Story Code : 948045
Kuomonun istefasından sonra növbəti hədəf Bayden oldu!
Bir neçə xanıma qarşı təcavüz faktlarında adı hallanan Endryu Kuomonun istefa vermək məcburiyyətində qalmasından sonra, ötən il ABŞ prezidenti Co Baydeni cinsi təcavüzdə günahlandıran keçmiş Konqres işçisi Tara Reid yenidən bu mövzunu gündəmə gətirib.

Nyu-York meri Endryu Komonun cinsi təcavüz skandalı səbəbindən istefa verməsindən sonra Tara Reid ABŞ-da adi hala çevrilmiş siyasətçilərin təcavüz qalmaqalına toxunub.

Baydenin sabiq köməkçisi olan Tara Reid, Fox News-a verdiyi açıqlamada deyib ki, istefa verməsi gərəkən tək şəxs Kuomo deyil!

O əlavə edib: "Gəlin, Bayden haqqında həqiqi araşdırma aparılmasını və güclülərin cinsi istismarını ört-bastır edənlərin ifşa edilməsini tələb edək!"