0
Thursday 12 August 2021 - 00:01

BMT Azərbaycan və Ermənistana çağırış etdi

Story Code : 948087
BMT Azərbaycan və Ermənistana çağırış etdi
“BMT-nin ərazidə (Qarabağda-red) monitorinq missiyası yoxdur. Biz bütün tərəfləri mülki vətəndaşların təhlükəsizliyini və sakitliyini təmin etmək üçün bu günə qədər razılaşdırılmış müqavilələrə hörmət etməyə çağırırıq”.

Teleqraf.com xəbər verir ki, bunu BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) sözçüsü Stefan Dujarrik mətbuat konfransında "Report"un müxbirinin Ermənistanın Azərbaycanla sərhədin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində atəşkəs rejiminə riayət etməməsi və atəşkəsi müxtəlif istiqamətlərdə pozmasına beynəlxalq təşkilatın səssiz qalması ilə bağlı sualını cavablandırarkən bildirib.

BMT sözçüsü tərəfləri razılaşdırılmış müqavilələrin şərtlərinə riayət eməyə çağırıb.